Aktrisa işlədiyi teatrda döyülərək beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, aktrisa Alla Kazakova işlədiyi teatrda döyülərək beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib.
Aktrisa martın 23-də vurulub və o, qapalı kəllə-beyin travması və burnunun zədələnməsi ilə klinikaya müraciət edib.
Telekanal hadisəni “döyülmüş” kimi qiymətləndirib. Telekanalın mənbəsinin sözlərinə görə, qadın polisə müraciət etməyi düşünür.
Kazakovanın 49 yaşı var və 2014-cü ildən “Stanislavski Elektroteatrı”nda işləyir.
Xuraman Etibarlı
İnterpress.az