UEFA Rusiyanın beynəlxalq futbol turnirlərinə qayıtması imkanlarını NƏZƏRDƏN KEÇİRİRbackend

UEFA Rusiyanın beynəlxalq futbol turnirlərinə qayıtması imkanlarını NƏZƏRDƏN KEÇİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Rusiyanın beynəlxalq futbol turnirlərinə qayıtması imkanlarını nəzərdən keçirir.

İnterpress.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Nəşr yazır ki, UEFA Rusiyanın beynəlxalq futbol turnirlərinə qayıtması imkanlarını nəzərdən keçirir.

“Rusiyanın yenidən futbola qayıtması üçün addımlar atılır”, – yüksək səviyyəli bir mənbə The Independent-ə bildirib.

Nəşr qeyd edir ki, Avropa futbolunun bəzi nüfuzlu şəxsləri Rusiyanın cəzasını “əsassız” hesab edərək aradan qaldırmağa çağırırlar.

Digərləri isə hesab edir ki, Rusiya heç də istisna edilməməli idi. Ukraynada mümkün atəşkəs fonunda Rusiya komandalarını yenidən rəqabətə cəlb etmək planı hazırlanır.

Əvvəllər Rusiya və Belarus idmançılarının Qış Olimpiya Oyunlarında iştirakına icazə verilməsini tələb edən Beynəlxalq Olimpiya Komitəsi artıq məsələnin müzakirəsinə qoşulub.

Məsələlər aprelin 3-də Belqradda keçirilməsi planlaşdırılan UEFA Konqresində qaldırıla bilər.

Xuraman Etibarlı

İnterpress.az