Ermənilər yenə başlarını itiriblər – “Arte” telekanalı “28 dəqiqə” verilişində Qafqazın Ermənistansız xəritəsini nümayiş etdirib.
İnterpress.az xəbər verir ki, 2025-ci il martın 24-də Franko-Alman “Arte” telekanalı “28 dəqiqə” verilişində Qafqazın xəritəsini nümayiş etdirib və bu proqramda Ermənistan tamamilə kənarlaşdırılıb.
Mədəniyyət və təhsili təbliğ edən Fransa-Almaniya ictimai televiziya kanalı Ermənistanı Azərbaycan ərazisi kimi təqdim edib.
Bundan sonra Fransadakı erməni lobbisi özünə əl qatıb.
“Fransanın erməni icmasının səyləri və vəkil Stepan Hasbanyanın səyi nəticəsində” Ermənistanın olmadığı xəritə ilə “qalmaqallı” verilişin təkrarı əngəllənib.
“Növbəti epizodlar üçün xəritə dəyişdiriləcək və şounun aparıcısı Elizabet Kvin üzr istəyəcək”, – erməni jurnalist Liana Marqaryan X-də yazıb.
Xuraman Etibarlı
İnterpress.az