İsrail ordusu Qəzzada 200-dən çox hərbi obyektə ZƏRBƏ ENDİRDİbackend

İsrail ordusu Qəzzada 200-dən çox hərbi obyektə ZƏRBƏ ENDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quru əməliyyatı Qəzza zolağının hər yerində davam edir, 3 gün ərzində 200-dən çox hədəfə hücum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. İsrail ordusu son 72 saat ərzində Qəzza zolağı boyunca 200-dən çox hərbi obyektə hava zərbələri endirib.

Nəticədə, atışma və snayper mövqeləri, silah anbarları və silahlılar tərəfindən terror fəaliyyətləri üçün istifadə edilən tikililər məhv edilib.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələri və Şin Bet Təhlükəsizlik Xidmətinin birgə əməliyyatları zamanı 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumda iştirak edən “İslami Cihad” raket bölməsinin yaraqlısı Əhməd Mənsur məhv edilib.

Xuraman Etibarlı

İnterpress.az