Qaxda Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirildi – FOTObackend

Qaxda Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qax Rayon İcra hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

İnterpress xəbər verir ki, elmi konfrans Dövlət Himninin səslənməsi ilə başlayıb.

Qərbi Azərbaycan tarixinə dair qısametrajlı film nümayiş etdirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev gişir nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb. Musa Şəkiliyev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən xarici ölkələrdə yaşayan soydaşlarımızın inteqrasiyası, o cümlədən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyəti barədə danışıb.

Daha sonra Konfransda Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Milli Məclisin deputatı Əli Mənsimli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon İcmasının sədri, professor Mahirə Hüsseynova, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Qaya Məmmədov, Qərbi Azərbaycan İcması Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı , Qərbi Azərbaycan İcması Qadınlar Şurası sədrinin müavini Telli Əliyeva, Qərbi Azərbaycan İcmasının Qax rayonu üzrə nümayəndəsi Həsən Tarverdiyev və digər şəxslər çıxış edərək konsepsiyanın həyatı vacibliyindən, Qərbi Azərbaycanlılarla bağlı məlumat bazasının yaradılması istiqamətində görülən işlərdən, dünya ictimaiyyətinin məlumatlandırılmasından danışıblar.

Çıxışlarda vurğulanıb ki, Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan dövləti tərəfindən strateji addımlar atılır və Ermənistanın etnik təmizləmə siyasəti ifşa olunur.