Kaliforniyada “Coachella” festivalında qalmaqal baş verib. “Kneecap” qrupu İsrail əleyhinə şou nümayiş etdirib.
İnterpress.az xəbər verir ki, Kaliforniyada keçirilən “Coachella” musiqi festivalı böyük qalmaqalın mərkəzində olub.
İrlandiyalı hip-hop qrupu “Kneecap” orada İsrail əleyhinə çıxış edib. Səhnə arxasındakı ekranda İsraili “Fələstin xalqına qarşı soyqırım”da, ABŞ-ni isə “şəriklikdə” ittiham edən şüarlar nümayiş etdirilib.
Boynunda Fələstin şərfi ilə çıxış edən qrup üzvlərindən biri səhnədən qışqırıb:
“Fələstinlilərin başqa yeri yoxdur. Ora onların evidir və onlar (İsrail) oranı havadan bombalayır. Bu soyqırım deyilsə, bəs nədir?”.
Onlar “Fələstinə Azadlıq, Azadlıq ” şüarlarını səsləndirməyə başlayıb və izdiham toplaşıb.
Tamaşaçılar arasında İrlandiya və Fələstin bayraqları görünüb. Almaniyadan olan sosial media istifadəçilərini Kneecap-ın iyun ayında Almaniyanın “Hurricane” və “Southside” festivallarında çıxış etməyi planlaşdırması xüsusilə qəzəbləndirib.
Xuraman Etibarlı
İnterpress.az