Heyvan sığınacağında nə baş verir? – VİDEObackend

Heyvan sığınacağında nə baş verir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu heyvanların haqqları müdafiəçisi Mənsura Rəsulzadə, Yelena Simakinanin könüllülərə qarşı etdiyi zorakılıqla bağlı danışarkən bildirib.

Ötən günlərdə, saytımız, heyvan haqları müdafiəçisi Mənsurə Rəsulzadənin \”facebook\” səhifəsində paylaşdığı \”Balaxanı Heyvan Sığınacağı\”ndakı acınacaqlı vəziyyəti göstərən video və fotolar yayımlamışdı. Hadisədən sonra heyvanlara qarşı həssas olan insanlar sığınacağa axışaraq içtimai əsaslarla (özünün dediyinə görə maaşsız, təmənnasız, könüllü şəkildə) işləyən Yelena Simakinaya etiraz edib. Sığınacaqdakı dəhşətli mənzərənin şahidi olan bir qrup könüllü oranın heyvanların yaşaması üçün uyğun vəziyyətə gətirilməsi üçün işlər görürlər. Lakin, Mənsurə Rəsulzadənin \”Facebook\” səhifəsində paylaşdığı videodan görünür ki, Yelena Simakina bu vəziyyətdə belə aparılan işlərə gərginlik yaradaraq əngəl törədir və orada işləyən insanlarla əlbəyaxa olur.

Mənsurə Rəsulzadənin dediyinə görə, Yelena Simakina heyvanların sığınacağına şəxsi mənafeyi naminə gəlib: \”Heyvanlara işgəncə verir, ac saxlayır. Bütün bu əməllərinin aşkar olunmaması üçün sığınacağa kiminsə gəlməsini istəmir. Gələndə də təziq göstərir. Biz bu yaxınlarda öyrəndik ki, öz mənafeyi namaninə 3-4 iti pulla saxlayıb. Məhz bu cür saxtakarlğının üzə çıxmaması üçün heyvansevərləri sığınacağa buraxmır\”

“Sığnacağa gələn könüllüləri şərləyir ki, bir də bura gəlməsinlər. Könüllülər sığınacağa daxil ola biliblər. Ölü heyvanların üst-üstə yığıldığının şahidi olublar. Bu vəziyyət baytarlıq tərəfindən aktlaşdırıldı. Bəlli oldu ki, heyvanlar acından ölüb və xəstəliyə tutulub. Aktlaşdırma aparılandan sonri indi vəziyyət yaxşılaşılığa doğru gedir”.

M. Rəsulzadə əlavə edir ki, Y. Simakina internet vasitəsilə yerli və xarici ölkə vətəndaşlarından heyvanlar üçün lazım olan qidaları, dərmaları alıb və mənimsəyib. Könüllülərimiz sığnacağa gediblər yenə onlara təziq edir. O gün bir qadını və kişini döyüb. Daim içkili vəziyyətdə olur. İstədiyi kimi insanlarla davranır, təhqir edir. Biz bu xanımın barəsində şikayətlər etmişik. Amma nədənsə bu müraciətlərə hələki baxılıb, bərəsində tədbir görülməyib. Bu problem daha yuxarı qurumlara gedib çatmalıdır ki, həllini tapsın.” – deyə əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az