Cənub Qaz Dəhlizi: “Azərbaycan regionda sabitləşdirici faktor kimi çıxış edir” – Tənzilə Rüstəmxanlıbackend

Cənub Qaz Dəhlizi: “Azərbaycan regionda sabitləşdirici faktor kimi çıxış edir” – Tənzilə Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir”.

İnterpress.az xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi barədə danışarkən Milli Məclisin üzvü Tənzilə Rüstəmxanlı Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, müasir dünya geopolitikasında “Cənub Qaz Dəhlizi” yalnız region ölkələri üçün deyil, həmçinin Avropa ölkələri üçün çox mühüm və strateji layihədir:

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası toplantısının daha çox paytaxt Bakıda keçirilməsi isə Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun təsdiqi ilə yanaşı, ölkəmizin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi qazandığı böyük nüfuzun təzahürüdür. Bu da səbəbsiz deyil. Sözügedən layihənin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici rol oynayır.

Məşvərət Şurasının Bakıda keçirilən son toplantısına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılması Cənub Qaz Dəhlizi layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verir. Azərbaycanın geosiyasi çəkisi yüksəlir, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Azərbaycanla Avropa İttifaqı arasında getdikcə güclənən əlaqələr, qarşılıqlı faydalı münasibətlər regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan “yaşıl enerji” sahəsində də iddialı planlar quraraq bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Bərpaolunan və “yaşıl enerji” əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır.

Cənub Qaz Dəhlizi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın və tərəfdaşlığın daha da təşviqi, bu yolla daha geniş regionda iqtisadi inkişafı, əlaqəni və enerji təhlükəsizliyini əhatə edən mexanizmdir. Prezident İlham Əliyevin yürütdüyü praqmatik, uzaqgörən və tam müstəqil siyasət sayəsində Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib.

Cənub Qaz Dəhlizinin reallaşdırılmasında həlledici rol oynayan Azərbaycan həm də bu layihə ilə Avropaya inteqrasiya kursunu nümayiş etdirir. Avropalı tərəfdaşların isə bütün bunları dəyərləndirməsi olduqca vacibdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarının mütəmadi olaraq keçirilməsi layihənin beynəlxalq səviyyədə əlaqələndirilməsinə, tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin uzunmüddətli dayanıqlığının təmin edilməsinə xidmət göstərir.

Bu gün Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Dövlət başçısı İlham Əliyev sözügedən toplantıdakı çıxışında bu reallığı da diqqətə çatdırdı. Bildirdi ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır”.