Trampın müşavirləri onun əmrlərini yalnız 2-ci təkrardan sonra yerinə yetirirlər – Maraqlı SƏBƏBbackend

Trampın müşavirləri onun əmrlərini yalnız 2-ci təkrardan sonra yerinə yetirirlər – Maraqlı SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trampın müşavirləri onun əmrlərini birinci əmrdən yerinə yetirmirlər, yalnız 2-ci əmrdən sonra yerinə yetirməyə üstünlük verirlər.

İnterpress.az xəbər verir ki, bu barədə “The Atlantic” məlumat yayıb.

Nəşr bildirir ki, Trampın müşavirləri onun əmrlərini yalnız ikinci təkrardan sonra yerinə yetirməyə üstünlük verirlər – onun impulsiv və absurd bəyanatlar verməyə meylli olduğuna görə.

Nəşrin yazdığına görə, ABŞ Administrasiyasında açıqlanmayan bir qayda var: əgər prezident yalnız bir dəfə nəsə deyibsə, böyük ehtimal var ki, bu, anın qızğın vaxtında deyilib və hərəkətə ehtiyac yoxdur.

Məsələn, Tramp Kennedi Kosmik Mərkəzinə rəhbərlik etmək və ya “60 dəqiqə” və CBS News lisenziyalarını əlindən almaq istədiyini deyib, lakin bu planların heç biri baş tutmayıb.

Xuraman Etibarlı

İnterpress.az