Mineral müqaviləsi Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətlərinin bir hissəsidir.
İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova bildirib. O deyib ki, strateji ehtiyatlar müqaviləsi gələcək təhlükəsizlik zəmanətlərinin əsas elementi olacaq.
Onun sözlərinə görə, bu, “50-50-yə bərabər tərəfdaşlıq” olacaq.
Onun sözlərinə görə, ABŞ investisiyalar və müdafiə müqavilələri, Ukrayna isə yeni lisenziyalar və layihələrdən gələn gəlirlər hesabına töhfə verəcək.
Xuraman Etibarlı
İnterpress.az