Həcc və ümrəyə təkrar getmək günahdır – Müftidən FƏTVAbackend

Həcc və ümrəyə təkrar getmək günahdır – Müftidən FƏTVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviya müftisi həcc və ümrəni təkrar etməyin günah olduğuna dair fətva verib.

İnterpress.az xəbər verir ki, Liviya müftisi şeyx Sadiq əl-Qəryani ikinci həcc və ya ümrə ziyarətini planlaşdıranları bundan çəkinməyə çağırıb.

O, bunu Səudiyyə Ərəbistanı hökmdarlarının onlara zülm etmək üçün müsəlman pullarından istifadə etməsi ilə əlaqələndirib.

“Hər kim həcc və ümrəni yerinə yetirmiş olarsa, həcc və ümrəni təkrar etdiyinə görə günahı onların savabından daha böyük olar”, – o əmin edib.

Xuraman Etibarlı

İnterpress.az