Çinin ticarət münaqişəsini genişləndirməsi səhv idi – ABŞ maliyyə naziribackend

Çinin ticarət münaqişəsini genişləndirməsi səhv idi – ABŞ maliyyə naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin ticarət münaqişəsini genişləndirməsi səhv idi.

İnterpress.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC-yə deyib. O bildirib ki, Çinin Amerika mallarına rüsumları artırmaq qərarı Çinin özünə əks nəticə verə bilər.

Bessent qeyd edib ki, ticarət mübahisələrini artırmaqdan çəkinən ölkələrə qarşıdakı danışıqlarda üstünlük veriləcək.

Onun sözlərinə görə, artıq 70-ə qədər ölkə ABŞ ilə tariflər məsələsi ilə bağlı danışıqlara başlamaq istəyini bildirib.

Bessent həmçinin qeyd edib ki, prezident Tramp qarşıdakı ticarət danışıqlarında şəxsən iştirak edəcək.

Xuraman Etibarlı

İnterpress.az