Krasnoyarskda 11 yaşlı uşaq idman dərsi zamanı yıxılaraq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Krasnoyarskda 11 yaşlı uşaq idman turizmi məşqi zamanı yıxılaraq ölüb.
Şagirdin gimnaziyanın idman zalında kəndirə dırmaşdığı bildirilir. Təxminən 6 metr hündürlükdə ehtiyatsızlıqdan təhlükəsizlik kəmərini açıb və parket döşəməyə yıxılıb.
Uşaq yerindəcə keçinib. Dərs zamanı təhlükəsizlik tələblərinə əməl olunması ilə bağlı araşdırmalara başlanılıb.
İstintaq Komitəsi “Səhlənkarlıq” maddəsi ilə cinayət işi açıb.
Xuraman Etibarlı
İnterpress.az