Moskva vilayətində 10 nəfərin qətlində təqsirləndirilən Qaskov ömürlük həbs cəzası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məhkəməyə istinadən məlumat yayıb.
Moskva Vilayət Məhkəməsi 2002-ci ilin mart-noyabr aylarında Moskva, Novosibirsk və Moskva vilayətində silsilə qətl və zorlamalar törətməkdə təqsirləndirilən Qaskovu ömürlük azadlıqdan məhrum edib.
Məhkəmənin məlumatına görə, onun qurbanları yeddi qadın, 17 yaşlı iki qız və bir kişi olub.
Təqsirləndirilən şəxs qurbanlarını park və digər ictimai yerlərdə seçib, tanışlıq bəhanəsi ilə onları insanların olmadığı ərazilərə aparıb.
Xuraman Etibarlı
İnterpress.az






