“Dekster” serialının fanatı qadını öldürərək meyitini parçalayıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Böyük Britaniyada 19 yaşlı gənc sevdiyi “Dekster” serialının baş qəhrəmanına bənzəmək məqsədilə 24 yaşlı qadını öldürməkdə və meyitini parçalamaqda ittiham olunur.
Məlumata görə, seriala həddindən artıq maraq göstərən gənc hətta kriminalistika üzrə təhsil almağa başlayıb. Lakin sonradan cinayət törədib.
O, otağı plastik örtüklə bağladıqdan sonra qadını evinə dəvət edib, ona 78 bıçaq zərbəsi endirib və meyiti parçalayıb.
İttiham olunan şəxsi 40 ilədək həbs cəzası gözləyə bilər.
Xuraman Etibarlı
İnterpress.az






