Odessada müəllim şagirdi şiddətlə döyüb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Ukraynanın Odessa şəhərində müəllim şagirdi döyüb. Məlumata görə, hadisəyə səbəb doqquzuncu sinif şagirdinin müəllimi təhqir etməsi olub.
Bildirilir ki, şagirdin təhqiramiz ifadələr işlətməsindən sonra müəllim özünü itirərək onun başına bir neçə dəfə zərbə endirib və şagirdi sinif otağından çıxarıb.
Hadisədən sonra müəllimin işdən çıxarıldığı qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az






