Medvedev avropalı və amerikalıların saxlanılmasını təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin açıqlamasına istinadən məlumat yayılıb.
Medvedev Monteneqroda “Rybar” layihəsinin qurucusu Mixail Zvinçukun saxlanılmasına münasibət bildirərək, avropalı və amerikalıları ruslarla mübadilə etmək üçün saxlanılacağı ilə hədələyib.
“İndi, çox güman ki, özümüzünküləri çıxarmaq üçün mübadilə fondunu avropalı və amerikalı axmaqlarla doldurmalıyıq”, – Medvedev yazıb.
O, viza, dəvət və digər təminatların rusiyalıları xaricdə saxlanılmaqdan qorumadığını da iddia edib.
Medvedev rusiyalıların xoş niyyətlə və mühüm məqsədlərlə belə Avropa ölkələrinə getməsinin riskli olduğunu bildirərək, onların potensial olaraq hamısının təqib hədəfinə çevrildiyini deyib.
O, əlavə edib ki, onun fikrincə, Avropada yalnız ölkəni tərk etmiş rusiyalı mühacirlərə müsbət münasibət göstərilir.
Xuraman Etibarlı
İnterpress.az






