Kişi mübahisə zamanı qadının ayaqları altından stulu çəkib, qadın 8-ci mərtəbədən yıxılaraq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Oktyabrın 6-da Moskvada Oleko Dundič küçəsində yerləşən mənzildə faciə baş verib.
Birgə yaşayan cütlük arasında mübahisə zamanı kişi qadının ayaq üstə dayandığı stulu özünə tərəf çəkib.
Nəticədə müvazinətini itirən qadın balkonun məhəccərindən aşaraq 8-ci mərtəbədən yerə düşüb və aldığı xəsarətlərdən həyatını itirib.
Məlumata görə, qadının həyat yoldaşı deyil, birgə yaşadığı kişi hadisədə təqsirini etiraf edib.
Xuraman Etibarlı
İnterpress.az






