17 yaşlı yeniyetmə həkimlərə HÜCUM ETDİ – İki tibb işçisi YARALANDIbackend

17 yaşlı yeniyetmə həkimlərə HÜCUM ETDİ – İki tibb işçisi YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 17 yaşlı yeniyetmə təcili tibbi yardım əməkdaşlarına bıçaqla hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hadisə Moskvanın Presnenski rayonunda baş verib. Məlumata görə, 17 yaşlı yeniyetmənin evinə təcili tibbi yardım briqadasını 36 yaşlı anası çağırıb.

Həkimlər ünvana çatdıqdan sonra yeniyetmə hamam otağında qapını bağlayıb. Tibb işçiləri qapını döydükdə isə o, qəfil qapını açaraq onların üzərinə bıçaqla hücum edib.

Hücum nəticəsində 40 yaşlı feldşer Vitali Y. yanağından kəsilmiş xəsarət alıb. Digər tibb işçisi Vitali N. isə gicgah nahiyəsindən yaralanıb. Hər iki tibb işçisi təcili olaraq xəstəxanaya yerləşdirilib.

Rusiya KİV-inin məlumatına görə, ana və oğul psixonevroloji dispanserdə qeydiyyatda olublar. Qadında daha əvvəl hallüsinator-paranoid sindromun olduğu bildirilib.

Xuraman Etibarlı

İnterpress.az