Gənclərin üçdə biri paltaryuyan maşından istifadə etməyi bacarmır – ARAŞDIRMAbackend

Gənclərin üçdə biri paltaryuyan maşından istifadə etməyi bacarmır – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 yaşdan kiçik insanlar paltarlarını və yataq dəstlərini digər nəsillərə nisbətən daha az yuyurlar.

İnterpress.az xəbər verir ki, “Daily Mirror” qəzetinin məlumatına görə, tədqiqatçılar bir çox gənc valideynlərinin evlərindən köçdükdən sonra bunun niyə baş verdiyini öyrənməyə qərar veriblər.

Araşdırmaya əsasən, gənclərin təxminən üçdə biri paltaryuyan maşından düzgün istifadə etməyi bilmir.

Onlar maşını necə işə salmağı və paltarlar üçün uyğun yuma rejimini seçməyi bacarmırlar.

Məlumata görə, bəzi gənclər paltarlarını yumaq əvəzinə üzərinə dezodorant sıxmaqla kifayətlənirlər.

Xuraman Etibarlı

İnterpress.az