Soçidə kişi həyat yoldaşının panik ataklarına görə xəbərdarlıq sistemlərini montaj köpüyü ilə sıradan çıxarıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Soçi şəhərində bir kişi həyat yoldaşının panik ataklarına səbəb olan həyəcan siqnalı səslərini dayandırmaq üçün xəbərdarlıq sisteminə aid dörd səsgücləndiricini montaj köpüyü ilə doldurub.
Hadisə nəticəsində 67 min rubl (təxminən 1 340 manat) məbləğində ziyan dəyib.
Məhkəmə kişini 1 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Eyni müddət sınaq müddəti ilə də müəyyənləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az






