Minskdə Azərbaycan silahlarının da nümayiş etdirildiyi “MILEX-2019” sərgisi açılıbbackend

Minskdə Azərbaycan silahlarının da nümayiş etdirildiyi “MILEX-2019” sərgisi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, açılış mərasimində Belarusun baş naziri tərəfindən Prezident Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbrik məktubu oxunub.

Rəsmi açılışda Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edib.

Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə keçirilən sərgidə 10 ölkədən – Belarus, Azərbaycan, Almaniya, İtaliya, Qazaxıstan, Çin, Polşa, Rusiya, Serbiya və Cənubi Afrika Respublikalarından 170 şirkət iştirak edir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “MILEX” sərgisində ilk dəfə stendlə təmsil olunur.

Bu gün işinə başlayan, iştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan “MILEX-2019” sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən, əsasən, ixrac yönümlü məhsullar – snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları və s. məmulatlar nümayiş etdirilir.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin bir sıra ölkələrin rəsmi nümayəndə heyətləri, eləcə də müdafiə sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkət və firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.

Sərgi işini mayın 18-dək davam etdirəcək.

İnterPress.Az