Soçidə 9 yaşlı uşağın üzünü dişləyən itlər evtanaziya edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İstintaq Komitəsi “haski”lərin sahibinin kimliyini müəyyən edib. Bu, 48 yaşlı Romandır və hazırda o, dindirilir.
Qonşuların dediyinə görə, ev sahibi 12 gündür heyvanlara yem verməyib. Üstəlik, itlər çəpərlərdə deyil, çürük hasarın arxasında olub.
Üzü parçalanan uşağın ilk əməliyyat olunduğu da məlum olub.
Atanın həkimlərə gətirdiyi dəri parçalarına əlavə olaraq, daha bir neçəsini əlavə ediblər.
Ət parçalarını itlərdən qusdurma ilə götürüblər. İlkin olaraq, yarılma zamanı heyvanların mədələrində qalan üzün digər hissələri də çıxarılacaq.
Xuraman Etibarlı
İnterpress.az