Zaqatalada yanğın hadisəsi baş veribbackend

Zaqatalada yanğın hadisəsi baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın bu gün səhər saatlarında Zaqatala rayonunun Maqov kəndində, kənd mədəniyyət evi və Maqov kənd bələdiyyəsinin yerləşdiyi, ümumi sahəsi 400kv/m olan inzibati binada qeydə alınıb.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. İnzibati binada baş verən yanğın artıq lokallaşdırılıb, yanğının tam söndürülməsi istiqamətində iş gedir.

İnterpress.az