Samuxda piyadanı maşın vurdubackend

Samuxda piyadanı maşın vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə yanvarın 24-də axşam saatlarında rayonun Qarayeri qəsəbəsində baş verib.

Gəncə şəhər sakini, 65 yaşlı Rza Teymur oğlu Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Samuxun İstixana qəsəbə sakini, 28 yaşlı Bayram Rafiq oğlu Qasımovu vurub.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

İnterpress.az