Ən çox dava edən dünya ulduzları – SİYAHIbackend

Ən çox dava edən dünya ulduzları – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ən çox dava edən dünya ulduzlarını təqdim edir:

Alisia Douval – Özünün də televiziya işçisi olmasına baxmayaraq, Alisia şəklini çəkməyə çalışan paparatsini küçənin ortasındaca döyüb.

Britni Spirs – Müğənni uşaqlarını almaq üçün keçmiş həyat yoldaşının evinə gedib, ancaq əliboş qayıdıb. Yolun kənarındakı pressa maşınlarını görən müğənni hirsini onları əzməklə soyudub.

Liam Qalakher – Musiqiçini nə qədər sakitləşdirməyə çalışsalar da jurnalisti uzun müddən onun əlindən almaq mümkün olmayıb.

Lili Alen – Paparatsinin fotoaparatını əlindən ala bilmədikdə tək çarəni ona təpik atmaqda görüb.

Elton Con – Bu dəfə də mədəniyyətini qorumağa çalışıb. Başqalarından fərqli olaraq məşhur müğənni paparatsiləri yumruqları ilə deyil, səsi ilə uzaqlaşdırıb.

Ris Vizerspun – Hər zaman sakit, mehriban davranışı ilə diqqət çəkən musiqiçi vay o günə ki, hirslənə: qışqırığından qulaq tutular.

Keyt Moss – Paparatsilərin hər addımını izləməsindən təngə gələn məşhur ulduz onları bağıraraq uzaqlaşdırmağa üstünlük verir. Səsi işə yaramadıqda, təpik atmağa başlayır.

Avril Laving – Jurnalistlərdən bezən Avril onu çəkməyə çalışan fotoqrafın saçından tutub yerdə sürüdü.

Keyt Bekinseyl – Balaca qızı və həyat yoldaşı ilə gəzintiyə çıxan ulduz onu izləyən paparatsiləri görüncə, əsəbindən əlindəki su ilə dolu şüşəni onların başına çırpdı.

Ceym Lin -Paparatsinin əlindən təngə gələn Ceym maşının qapısını açaraq, onun saçından tutub yolboyu sürüməyə başladı.

Hizer Mills – Paparatsilərə tez-tez təpik atması ilə məşhurdur. Təpiklə ürəyi soyumayanda isə əlinə keçəni onların başına çırpır.

Rayan Filip – Aktyor əsəbləşəndə paparatsilərə nə təpik, nə də şüşə atır. O, əsəbini paparatsilərə sandviç atmaqla soyudur.

Cey Key – Paparatsilərin əlindən təngə gələn Jey onları yumruqladıqdan sonra sakitləşir.

Huq Qrant – Aktyorun bu paparatsini döyməsi uzun müddət dillərdən düşmədi. Hətta buna görə Huq cəzalandırıldı da.

Kameran Diaz – Paparatsilərə hirslənən Kameran fotoqrafın aparatını əlindən alıb, sakitcə getməyə çalışır.

İnterpress.az