Sürücülərin nəzərinə!backend

Sürücülərin nəzərinə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu Aşıq Molla Cümə, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Natavan, Nəsimi rayonu, Əliyar Əliyev və Nizami rayonu İsmayıl Məmmədov küçələrində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılır.
İnterpress.az xəbər verir ki, bu səbəbdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.