Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının Tbilisi görüşü təxirə salınıbbackend

Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının Tbilisi görüşü təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə  Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, müvafiq qərar Türkiyənin müraciəti əsasında qəbul edilib.

Görüşün keçiriləcəyi yeni tarix hələlik məlum deyil.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.