Müstəqillik Günü Jitomir şəhərində qeyd olunubbackend

Müstəqillik Günü Jitomir şəhərində qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 18-də Ukraynanın Jitomir şəhərində Azərbaycan Mədəniyyət Günlərinə start verilib. Azərbaycan Respublikasının Müstəqillik Gününün 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyi tərəfindən keçirilib. Jitomir şəhərindəki Mədəniyyət evində təşkil edilən tədbirlərdə tariximiz, milli mətbəximiz, musiqimiz, rəqslərimiz təbliğ olunub.
Tədbiri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyinin sədri Rac Qasımov açaraq qonaqları salmayıb: “Bu günün əzəmətini bizimlə bölüşməyə gələn hər kəsi bu otaqda salamlamaqdan məmnunuq. Bu gün biz Azərbaycanın müstəqilliyinin 28-ci ildönümünü qeyd edirik və Jitomirdə Azərbaycan Respublikasının mədəniyyət günlərini açırıq.

Dünyaya bənzərsiz ədəbiyyat, incəsənət, musiqi mədəniyyəti bəxş edən Vətənimizə, günəşli Azərbaycana olan müqəddəs sevginin qəlbində qalaraq, Ukrayna torpağına və onun xalqına böyük hörmət bəsləyirik. Burada ikinci evimizi, ikinci vətənimizi tapdıq. Və bu təntənəli gündə Azərbaycan ailələrinin bu torpaqda tam yaşaması və inkişaf etməsi və demokratik Ukraynanın inkişafına töhfə verməsi üçün bölgə rəhbərliyinə və Jitomir şəhərinə, Jutomur vilayətinin bütün sakinlərinə dərin hörmət və minnətdarlığımızı bildirmək istəyirik”.

Sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini, Ukraynanın Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimov da tədbirdə ürək sözlərini deyib. O qeyd edib ki, Azərbaycanını dövlət müstəqilliyi əbədidir.

Daha sonra gözəl və istedadlı ukraynalı rəssam İrina Benderovskaya, tikmə ustası və dizayneri Tatyana Vildanova, şəhər şurasının deputatı İvan Martinçuk, 17 nömrəli tam orta məktəbin direktoru Maria Viktorovna və digləri çıxış edərək Azərbaycan haqqında xoş sözlərini bildiriblər.

Tədbirin rəsmi hissəsindən sonra Ukrayna və Azərbaycan naxışlarını özündə birləşdirən gözəl əsərlərlə boyanan Olqa Şvetsin master-klassı olub. Ardınca “Salam Azərbaycan” yarışmasında iştirak edən uşaq əsərlərindən ibarət sərgi keçirilib. Eyni zamanda \”Günəşli Azərbaycanım\” adlı fotosərgi olub.

Həmin gün Jitomir Musiqi Kollecinin müəllim və tələbələrinin çıxışı da olub. Mədəniyyət və Uşaq İnkişaf Mərkəzinin yaradıcısı, müğənni Lana Tiqranın ifası dinlənilib. Tədbirdə qonaqlar Azərbaycanın tarixi, Azərbaycan xalqının mədəniyyəti və adət-ənənələri ilə tanış olublar. Həmçinin Nizami Gəncəvinin şeirlərinə mahnılar səslənib. 17 nömrəli tam orta məktəbdə Azərbaycan dili kurslarına qatılan şagirdlərin ifasında Səməd Vurğunun şeirləri oxunub.

Fuad Hüseynzadə

Müstəqillik Günü Jitomir şəhərində qeyd olunub