Yazıçı Əli Rzazadənin yeni kitabı çapdan çıxdı – FOTObackend

Yazıçı Əli Rzazadənin yeni kitabı çapdan çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ətraf mühitin mühafizəsində dini dəyərlərin rolundan bəhs edən yeni kitab çapdan çıxıb.

İnterpress.az xəbər verir ki, şərqşünas, tədqiqatçı-yazar Əli Rzazadənin “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi” adlı yeni kitabı nəşr olunub.

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çap edilən kitabda ümumbəşəri problemlərdən biri olan ekoböhranın yaranma səbəbləri, dini dəyərlərin problemə münasibəti və ətraf mühitin mühafizəsində dini dəyərlərin rolu öz əksini tapıb.

Eyni zamanda əsərdə Azərbaycan ədəbiyyatı klassiklərinin öz əsərlərində təbiət sevgisi nümunələri və qorunmasına münasibəti, müasir Azərbaycanda ətraf mühitin qorunması istiqamətində atılan adımlar yer alıb.

Qeyd edək ki, Ə.Rzazadə bir neçə bədii əsərin müəllifidir. Onun bundan əvvəl “Yağış”, “Səmaya qayıdan yazı”, “Sonsuz” romanları, Qurani Kərimdə qadın obrazları tədqiqat əsəri və ərəb dilində “Xocalıya Ədalət” adlı kitabı oxuculara təqdim edilib.

Yazıçı Əli Rzazadənin yeni kitabı çapdan çıxdı - FOTO