Gənc iş adamından möhtəşəm addım-Aztəminatlı ailələrə dəstək oldubackend

Gənc iş adamından möhtəşəm addım-Aztəminatlı ailələrə dəstək oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək verən və Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-nin rəhbəri Qoca Əmiraslanov tənha yaşayan ahıllara, aztəminatlı və qayğıya ehtiyacı olan ailələrə yardım edib.

İnterpress.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin və “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-nin əməkdaşları tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar qeyd olunan kateqoriyadan olan 40-dan çox ailənin ünvanına çatdırılıb.

Qeyd edək ki, “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-nin rəhbəri Qoca Əmiraslanov Naftalanda xeyriyyəçi gənc iş adamı kimi tanınır. O, bu tipli yardımlaşma aksiyalarının davamlı olacağını bildirib.

Gənc iş adamı ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.