Dünyaca məşhur olan, ənənəvi olaraq hər il keçirilən festifalda ölkəmizi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi birgə təmsil edib.
Festifal zamanı hər bir ölkə öz milli-mədəni irsini müxtəlif formalarda, stendlərdə təqdim edib. Qürurverici məqam ondan ibarətdi ki, bir neçə ölkənin içərisində ən böyük stend məhz Azərbaycana aid olub.
Stendə milli-mədəni nümunələrimiz, milli mətbəximizin çeşidləri ilə yanaşı Bakı 2015-İlk Avropa Oyunlarının təbliği ilə bağlı əyani vəsaitlər də yerləşdirilmişdir.
Festifalı Rusiya Dövlət Turizm və Servis Universitetin rektoru Fedulin Aleksandr Alekseyeviç açaraq stendlərlə yaxından tanış oldu. ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili stend haqqında rektora geniş məlumat verərək ona Novruz xonçası və Azərbaycan mədəniyyətini təbliğ edən hədiyyələr təqdim edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı haqqında geniş məlumat verən T.Allahverdili rektora yaradılan şəraitə görə təşəkkür etdi.
Rektor isə öz növbəsində Azərbaycan xalqına və Prezident İlham Əliyevə xüsusi münasibət bəslədiyini dedi. O, həmçinin, Azərbaycanın sürətli inkişaf yolu və cənab prezident İlham Eliyevin uğurlu siyasətindən söz açıb.
Rusiya Dövlət Turizm və Servis Universitetin tərbiyə işləri üzrə prorektoru Yudin Vyaçeslavoviç Azərbaycan mədəniyyətinin, mətbəxinin zənginliyindən söz açdı və Azərbaycana qarşı daima ülvi hisslər bəslədiyini dedi.
ASGA – Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayev, AMOR Fəalları Vasif Həşimov, Elxan Əlizadə, Asif Məhərrəmov və Tahirə Məhərrəmova festival iştirakçılarına Azərbaycan haqqında geniş məlumat verdilər.
Festivalın ən maraqlı hissəsi isə tələbələrin iştirakı ilə konsert proqramı oldu. Azərbaycanı Tahirə Məhərrəmova milli musiqimizin ifası ilə uğurla təmsil etdi.
Sonda Universitet rəhbərliyi tərəfindən Azərbaycan təmsilçiləri diplomla təltif edildi.
İnterpress.az