Gürcüstan Xarici İşlər Nazirliyi Avropa Komissiyasının Gürcüstanla bağlı açıqlamalarını pisləyib.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
“Gürcüstanın Avropa İttifaqına qoşulması məsələsindən siyasi alət kimi istifadə etmək cəhdlərinin hamısını qınayırıq.
Təəssüf edirik ki, hesabatda bir sıra hadisələr qərəzli şəkildə qiymətləndirilib. Bu, bizim üçün təəccüblü deyil, xüsusilə də Aİ institutları 2025-ci il oktyabrın 4-də Tbilisidə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı dövlət institutlarına qarşı hücumlara və zorakılığa göz yumduqdan sonra.”
Bəyanatda daha sonra deyilir:
“Avropa İttifaqının Gürcüstana münasibətdə atdığı addımlar və verdiyi bəyanatlar narahatlıq doğurur.
Bu addımlar ölkənin daxili siyasətinə təsir göstərməyə yönəlib və Gürcüstanla Aİ arasında münasibətlərin ruhuna, eləcə də ümumi maraqlarımıza ziddir.”
Xuraman Etibarlı
İnterpress.az






