Rus milyonerin oğlu qatil oldu-VİDEObackend

Rus milyonerin oğlu qatil oldu-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Anastasiya otel otağında qanlar içində ölü halda aşkarlanıb. Rusiyalı milyonçunun keçmiş arvadının ölümünə görə, şübhəli qismində19 yaşlı oğlu Yeqor Sosini saxlayıblar.
Olay baş verən günü oteldə qalanlar Anastasiyanın otağından gələn yüksək səs-küydən və gurultudan narahat olduqları üçün polisə zəng ediblər.
Kazanda narkotik aslılığından müalicə alan milyonçu oğlunun anasını telefon adapterinin şunuru ilə boğduğu bəlli olub. Müalicə olunan Yeqor yüksək dozada narkotik qəbul etdiyindən halünasiya vəziyyətində olub. Ekspertlər qadının ölməzdən öncə möhkəm döyüldüyünü iddia ediblər.
Oteldəki qonaqların çağırışına gələn polis Anastasiyanı cəsədini aşkarlayanda onun oğlu Yeqor alt paltarı ilə koridorda yüyürürmüş.
Rusiya mətbuatı 44 yaşlı Anastasiyanın oğlunu Kazana narkotik aslılığından müalicə etdirmək üçün gətirdiyini yazıb.
Gənc Sosin isə anasının ona müalicə üçün dərmanlar verdiyini və bundan sonra gözünün önünə müxtəlif şeylərin gəldiyini bildirib. O, olay baş verən anı ancaq belə xatırladığını bildirib.

Rus milyonerin oğlu qatil oldu-VİDEO

Abuzər
İnterpress.az
https://youtube.com/watch?v=9v6QqMlIk2k