Cəbhədə baş verənlər İtaliya mətbuatındabackend

Cəbhədə baş verənlər İtaliya mətbuatında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İtaliyadakı səfirliyi məqalənin Azərbaycan dilində olan variantını Modern.az saytına göndərib.

Yazını olduğu kimi dərc edirik.

Cəbhədə baş verənlər İtaliya mətbuatında

– İyirmi ildən çox davam edən və tez-tez pozulan rəsmi atəşkəsdən sonra Dağlıq Qarabağda münaqişə yenidən başlanır. Azərbaycanın bir bölgəsi olan Dağlıq Qarabağ 20 ildən artıqdır ki, qonşu Ermənistan tərəfindən işğal altında saxlanılır. Təcavüz nəticəsində 30 mindən çox azərbaycanlı həlak olmuşdur.

1994-cü ildə münaqişə formal olaraq sona çatdı və Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə ATƏT Minsk Qrupu himayəsində danışıqlar başlandı. O vaxtdan etibarən Azərbaycana Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdən və Ermənistanın özündən 1 milyona yaxın qaçqın və məcburi köçkün gəlmişdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, 2 aprel gecəsi Ermənistan Silahlı qüvvələri Azərbaycana qarşı atəş açmış, diversiya fəaliyyəti həyata keçirmiş və təmas xətti boyunca hücuma keçmişdir.

Bu zaman təmas xətti yaxınlığındakı mülki əhalinin sıx yaşadığı ərazilər bombardman edilmişdir ki, bunun da nəticəsində mülki əhali arasında ölüm və yaralanma halları müşahidə edilmişdir. Qısa zaman ərzində, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocalı-Füzuli istiqamətində əks-hücuma keçmişdir. Döyüşlərdə 12 Azərbaycan əsgəri həlak olmuş və Azərbaycana məxsus MİG-24 vertolyotu vurulmuşdur.

Beynəlxalq təşkilatların təkidlərini və Azərbaycan Hökumətinin sülhpərvər siyasətinə sadiqliyini nəzərə alaraq, Müdafiə Nazirliyi birtərəfli qaydada əks-hücum əməliyyatlarını və Ermənistan qoşunlarına qarşı cavab tədbirlərini dayandırdığını, və işğaldan azad edilmiş ərazilərin möhkəmləndirilməsi işlərinə başladığını bəyan etmişdir Azərbaycanın İtaliyadakı Səfirliyinin fikrincə, təcavüz və işğalçılıq siyasəti həyata keçirən Ermənistanın məsuliyyətsizlik nümayiş etdirərək müki hədəfləri vurması, beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə qınanmalıdır. Münaqişəni həll etmək və regionda davamlı sülhə nail olmaq üçün, beynəlxalq ictimaiyyət, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən silahlı qüvvələrini geri çağırmağı tələb etməlidir. Beynəlxalq ictimaiyyətin qəti mövqeyi Ermənistanı təcavüz siyasətindən imtina etməyə və Azərbaycanın işğal olunmuş ərazilərindən silahlı qüvvələrini geri çəkməyə vadar etmək prizmasından olduqca əhəmiyyətlidir

BMT-nin cavabı özünü gecikdirmədi. BMT Baş katibi Ban Ki Mun münaqişənin daha da qızışmasından bərk narahatlığını ifadə edərək, Ermənistan və Azərbaycanı atəşi dərhal dayandırmağa çağırmışdır.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramut tərəfləri atəşi dayandırmağa və dərhal Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması istiqamətində danışıqlara yenidən başlamağa dəvət etmiş və “BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın bütün silahlı qüvvələrini çıxarmaqla” bağlı müraciət etmişdir.
Müəllif: Carmelinda Comandatore Mənbə: http://www.siciliajournal.it/87709-2/

İnterpress.az