Onlayn dələduzlar şallaqla CƏZALANDIRILACAQ – VİDEObackend

Onlayn dələduzlar şallaqla CƏZALANDIRILACAQ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sinqapurda onlayn dələduzlara şallaq cəzası tətbiq olunacaq.

İnterpress.az yerli KİV-ə istinadən xəbər verir ki, cəza ən azı 6, maksimum 24 zərbədir.

Sinqapurda onlayn fırıldaqçılığın kəskin artması səbəbilə hökumət sərt tədbirə keçib. Yeni qaydalara görə, onlayn dələduzluqda təqsirli bilinən şəxslərə ən azı 6, maksimum 24 dəfə şallaq vurula bilər.

Rəqəmlərə əsasən, ilin ilk yarısında onlayn dələduzluqla bağlı on minlərlə fakt qeydə alınıb, ümumi ziyan 385 milyon dollar (təxminən 654 milyon man) təşkil edib.

Qanuna görə, cəza qızlara, qadınlara və 50 yaşdan yuxarı kişilərə tətbiq olunmayacaq.

Xuraman Etibarlı

İnterpress.az