Nazir müavininin keçmiş arvadı dövlətin müsadirə etmək istədiyi avtomobili SATDIbackend

Nazir müavininin keçmiş arvadı dövlətin müsadirə etmək istədiyi avtomobili SATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş nazir müavininin sabiq həyat yoldaşı dövlətin müsadirə etmək istədiyi avtomobili satıb. 

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiya Müdafiə nazirinin keçmiş müavini Timur İvanovun sabiq həyat yoldaşı Baş Prokurorluğun müsadirə edilməsini tələb etdiyi Chevrolet avtomobilini satıb.

Məlumata görə, Baş Prokurorluq həmin nəqliyyat vasitəsinin korrupsiya işi çərçivəsində dövlətə verilməsini istəyirdi.

Hazırda avtomobilin kimə satıldığı açıqlanmır. Orqanlar sövdələşmənin hüquqi qiymətləndirilməsi və əmlakın geri qaytarılması üçün əlavə addımlar atır.

İstintaq İvanov işi üzrə əmlakların qanunsuz əldə edildiyini iddia edir.

Xuraman Etibarlı

İnterpress.az