Türkiyə ilə Almaniya arasında kəşfiyyat müharibəsibackend

Türkiyə ilə Almaniya arasında kəşfiyyat müharibəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xatırladaq ki, bir qədər əvvəl Almaniya hökuməti Türkiyə Diyanət İşləri Başqanlığının Almaniyada fəliyyət göstərən məscid imamlarının Ankaranın xeyrinə casusluqda ittiham edərək evlərində axtarış aparmışdı. İndi isə məsələ daha da böyüyük, federal Almaniya hökuməti Türkiyə hökumət orqanlarının Almaniyadakı casus fəaliyyətlərini nəzarətə götürməklə bağlı qərar qəbul edib.

Qərara səbəb kimi MİT sədri Hakan Fidanın almaniyalı həmkarı BND-nin sədri Bruno Kahla verdiyi dosyadakı məlumatlar olub. Belə ki, Tükiyə kəşfiyyatı Almaniyadakı F.Gülən camaatı üzvləri barədə Berlinə göndərdiyi dosyada Türkiyənin Almaniyadakı camaat üzvləri barədə dəqiq məlumatlar bu ölkədə Türkiyə kəşfiyyatının güclü fəaliyyətinə işarə kimi anlaşılıb.

H.Fidanın alman həmkarına göndərdiyi dosyanın mediaya sızması bu məsələni ictimailəşdirib və siyasi qüvvələrin reaksiyalarına səbəb olub. Türkiyənin Almaniyaya göndərdiyi “Gülən dosyası” və ya dəqiq adı ilə “Almaniya Federativ Respublikasındakı FETÖ\\PDY” adlı dosya Konstitusiyanı Qoruma Təşkilatına təqdim edilib. Dosyada Almaniyadakı camaat təşkilatlanması haqqında məlumatlarla yanaşı, FETÖ-ya dəstək verən şəxs və qurumlar haqqında dəqiq bilgilər də yer alıb. Almaniyanın müvafiq qurumları dosyadakı məlumatların geniş bir kəşfiyyat fəaliyyətləri nəticəsində əldə olunduğu qənaətinə gəliblər. Bundan sonra dosya Almaniya ədliyyə orqanlarına təqdim edilib və eləcə də sənəddə adları keçən şəxslər və onların yaşadıqları əyalətin rəhbərliyi məlumatlandırılıb.

Qısaca desək, bu dosya Almaniya hökuməti tərəfindən fərqli şəkildə yozulub və Berlin dosyada adları keçən şəxsləri qorumaqla yanaşı, bu məlumatların necə və kimlər tərəfindən toplanması ilə bağlı araşdırmalara başlayıb. Bu isə o deməkdir ki, Almaniyanın müvafiq təhlükəsizlik orqanları Türkiyənin Almaniyada fəaliyyət göstərən bütün təşkilatlarını şübhə altına alır və onların fəaliyyətlərini yoxlamağa başlayır. Bu təhqiqatların nəticəsində heç şübhəsiz ki, şübhəli görünən və ya siyasi qərarlara bağlı olaraq Türkiyə dövlətinə bağlı bir sıra qurumların fəaliyyətləri qadağan edilə və ya məhdudlaşdırıla bilər.
Məlum olduğu kimi, Almaniyada 3 milyondan çox türkiyəli yaşayır. Onlardan bir qismi Almaniya vətəndaşı olsa da, çoxlu sayda Türkiyə vətəndaşı olanlar da var. Alman hökuməinin bu addımı həm Türkiyə vətəndaşı olanları həm də Almaniya vətəndaşı olan türklər üçün ciddi təzyiqlər üçün əsas yaradır. Bu qərar eyni zamanda Türkiyə hökumətinin diaspor fəaliyyətlərini ciddi şəkildə məhdudlaşdırmağa xidmət edir.

Aydın məsələdir ki, bu addım siyasi qərara bağlıdır, bundan bir qədər əvvəl Almaniya kəşfiyyat xidməti rəhbərinin 15 iyul qiyamı haqda şübhəli açıqlamaları, məsuliyyəti Türkiyə hökumətinin üzərinə atması iki ölkə münasibətlərindəki böhranın təsiri idi. Məlum olduğu kimi Almaniya Türkiyəyə qarşı bir sıra məhdudlaşdırıcı addımlar atıb, buna qarşı Ankaranın da bir sıra qərarları olub, bunlardan biri də “İncirlik” hərbi hava bazasına Almaniya parlamenti deputatlarının ziyarətinin yasaqlanması olub. Bütün bu silsiləvi təpkilər getdikcə daha da dərinləşir və iki ölkə arasında münasibətlərin həssas nöqtələrini zədələyir. Artıq Almaniya “İncirlik”dəki əsgərlərinin İordaniya və ya Küveytə köçürülməsi ilə bağlı araşdırmalara başlayıb.

Getdikcə daha da kəskinləşən münasibətlərin Türkiyəyə qarşı Avropada ciddi bir cəbhə açılmasına səbəb olacaq. Türkiyə hökumətinə qarşı atılan bu addımlar nəticə etibarı ilə dövlətin etibarını və imicini zədələyir. Bir neçə gün əvvəl Britaniya parlamentinin Almaniyanı təkrarlayaraq 15 iyul olaylarını şübhə altına alması dünyada Türkiyə dövlətinin imicinə ciddi zərbə ola bilər.

Görünən odur ki, hər iki tərəfdən böhanın yumşldılması addımı atılmır, üstəlik artıq məsələ hökumətlərarası münasibətlərdən çıxaraq parlamentin də qarışdığı dövlətlərarası böhrana çevrilməkdədir. Posesin bu şəkildə davam etməsi Türkiyə-Avropa əlaqələrinin tamamilə qopmasına gətirə bilər. (musavat.com)

İnterpress.az