Qəddafinin oğlu azadlığa YAXINLAŞDI – Səyahət qadağası LƏĞV OLUNDUbackend

Qəddafinin oğlu azadlığa YAXINLAŞDI – Səyahət qadağası LƏĞV OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livan Qəddafinin oğluna səyahət qadağasını ləğv edib.

İnterpress.az xəbər verir ki, bu barədə “AP News” məlumat yayıb.

Livan məhkəmə orqanları sabiq Liviya lideri Muəmmər Qəddafinin oğlu Hannibal Qəddafiyə qoyulan səyahət qadağasını ləğv edib və girov məbləğini 11 milyon dollardan təxminən 900 min dollara endirib.

Bu qərar onun azadlığa buraxılmasını mümkün edir.

Hannibal Qəddafi 2015-ci ildən Livanda həbsdə saxlanılır. O, 1978-ci ildə itkin düşmüş şiə din xadimi Musa əs-Sədr barədə məlumat gizlətməkdə ittiham edilir.

Girov ödənildikdən sonra onun ölkədən çıxacağı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az