Polşa və Rumıniya ABŞ-ın dron əleyhinə sistemini yerləşdirir. “Merops” Rusiyadan gələn təhlükələrə qarşı sınanır.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Polşa və Rumıniya Rusiyaya məxsus PUA-lara qarşı ABŞ istehsalı Merops müdafiə sistemlərini yerləşdirməyə başlayıb. Bu komplekslər daha əvvəl Ukraynada sınaqdan keçirilib.
Merops orta ölçülü pikapın kuzovuna yerləşdirilə bilən kompakt qurğulardan ibarətdir. Sistem PUA-ları aşkarlaya və zərərsizləşdirə bilir.
Elektron və peyk rabitəsində maneələr yarandıqda hədəfi izləmək üçün süni intellektdən istifadə olunur.
Məlumata görə, gələcəkdə Merops komplekslərinin NATO-nun bütün şərq sərhədi boyunca yerləşdirilməsi planlaşdırılır.
Məqsəd Rusiyanın mümkün təhdidlərinin qarşısını almaqdır. Sistem eyni zamanda kritik infrastrukturun müdafiəsi üçün də tətbiq oluna bilər.
Xuraman Etibarlı
İnterpress.az






