“AZAL”-dan ANA DİLİMİZƏ HÖRMƏTSİZLİKbackend

“AZAL”-dan ANA DİLİMİZƏ HÖRMƏTSİZLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“…İngilis dilinin göstərilməsində qəbahət yoxdur. Amma Azərbaycan dili də mütləq göstərilməlidir. Biletin əvvəlində hər iki dil qeyd olunsa da, sonda ingilis dilində olan mətn hissəsi Azərbaycan dilində qeyd olunmayıb. Bu, bileti satan şirkət tərəfindən dövlət dili haqqında qanunun konkret pozulmasıdır”

Naxçıvan-Bakı təyyarə biletlərində ad və soyad həm Azərbaycan, həm də ingilis dilində yazılsa da, biletin mətn hissəsi tam ingilis dilindədir. Bu da Naxçıvana uçan sərnişlər üçün narahatlıq yaradır. Çünki hər bir vətəndaş biletdə yazılanları oxuya bilməlidir ki, mənzil başına problemsiz və vaxtında çatmış olsun.

Vətəndaşlara bu narahatçılığı yaşadan “AZAL” həm də dövlət dilinə, Konstitusiyamıza hörmətsizlik etdiyini unudur. Hansı ki, dövlət öz dilini qorumalıdır. Dilmizə hörmətsizliyi şəhərin hər yerində restoran, şadlıq evi, market və digər iaşə obyetlərinin adlarında (hərçənd ki, o da düz deyil) görsək də “AZAL” dövlət şirkətidir. Ona görə də dilimizə hörmət, qanunlarımıza riayət etməlidir. Təəssüf ki, bu şirkət nə dilimzə hörmət edir, nə də qanunlara məhəl qoyur.

“Bu, bileti satan şirkət tərəfindən dövlət dili haqqında qanunun pozulmasıdır”

İnterpress.az xəbər verir ki, “AZAL”ın satdığı biletlərlı bağlı Hurriyyet.org-a danışan tanınmış hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu, düzgün deyil: “Birincisi, dövlət dili məsələsi, “Dövlət dili haqqında” qanun var. Həmin qanun 2002-ci ildə qəbul edilib. Bu, açıq-aşkar o qanunun pozulmasıdır. Qanunun 7-ci maddəsində qeyd edilir ki, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində reklam və elanlarda dövlət dili işlənilir”. Bu da xidmət növüdür. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Əlbəttə, Naxçıvan reyster olduğuna görə əcnəbilər də ora gedə bilər. Buna görə, ingilis dilinin göstərilməsində qəbahət yoxdur. Amma Azərbaycan dili də mütləq göstərilməlidir. Biletin əvvəlində hər iki dil qeyd olunsa da, sonda ingilis dilində olan mətn hissəsi Azərbaycan dilində qeyd olunmayıb. Bu, bileti satan şirkət tərəfindən dövlət dili haqqında qanunun konkret pozulmasıdır”.

“İstehlakçıların hüququ pozulur”

“AZAL”-dan ANA DİLİMİZƏ HÖRMƏTSİZLİK

Əkrəm Həsənov dedi ki, “AZAL” bununla istehlakçıların hüququnu da pozur: ““Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” da qanun var. 1995-ci ildə qəbul edilib. Həmin qanunun 13-cü maddəsində deyilir ki, “Azərbaycan Respublikasının ərazisində istehsal və ixrac edilən mallar üzrəindəki yazılar müvafiq dillərlə yanaşı, dövlət dilində də olmalıdır”. Bu baxımdan, istehlakçıların da hüququ pozulur. Bununla bağlı vətəndaşlar İqtisadiyyat Nazirliyinin nəzdində olan Antinhisar və İstehlakçıların Müdafiəsi Agentliyinə müraciət də edə bilər”.

“Bu, Konstitusiyanın 21-ci maddəsinə ziddir”

Hüquqşünas vurğuladı ki, məsələnin qanuni tərəfini bir yana qoysaq belə, “AZAL”ın bu addımı həm də öz dilimizə hörmətsizlikdir: ““Dövlət dili haqqında” və “İstehlakçıların müdafiəsi haqqında” qanunlardan əlavə, bu, həmçinin Konstitusiyanın 21-ci maddəsinə ziddir. Hansı ki, o maddədə deyilir ki, “dövlət dili Azərbaycan dilidir və dövlət Azərbaycan dilinin inkişafını təmin etməlidir”. “AZAL” şirkəti bileti bu şəkildə satırsa, həm də Konstitusiyanı pozur”.

“Bütün aviaşirkətlər hamısı beynəlxalq sistemdədir”

Məsələ ilə bağlı “Azal”ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Hurriyyet.org-a sualına cavab olaraq bunları dedi: “Bizim biletlər beynəlxalq satış sistemindən satılır. Yəni bir bilet sistemi var. Bütün aviaşirkətlər hamısı beynəlxalq sistemdədir. Hamı bundan istifadə edir. Ola bilsin ki, səbəbi budur. Ancaq konkret sualınız varsa, şirkətin email ünvanına göndərin. Mən məsələni müvafiq şöbə ilə araşdırıb, sizə cavab yazım”.

“AZAL”-dan ANA DİLİMİZƏ HÖRMƏTSİZLİK

İnterpress.az