Ağstafa rayonunda avtomobilin aşması nəticəsində beş nəfər xəsarət alıb.
Ağstafa rayonunun Poylu kəndi ərazisində idarəetmədən çıxan “Ford” markalı avtomobil yol kənarına aşıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğalova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.”Report”






