Türkiyə Prezidenti Ərdoğan Misirin XİN rəhbərini qəbul edib.
İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin xarici işlər naziri Sameh Şükrini (Abdəl Atı) qəbul edib.
Görüşdə həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri İbrahim Kılıç iştirak ediblər.
Tərəflərin müzakirə mövzuları açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






