Yerdən tapdılan pul FACİƏYƏ SƏBƏB OLDU – 9 yaşlı uşağın barmaqları QOPDU – FOTObackend

Yerdən tapdılan pul FACİƏYƏ SƏBƏB OLDU – 9 yaşlı uşağın barmaqları QOPDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

9 yaşlı uşaq şübhəli pul dəstəsinə toxunub, partlayış nəticəsində barmaqlarını itirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vilayətinin Krasnoqorsk şəhərində 9 yaşlı Qleb adlı uşaq əlinə keçən pul dəstəsi səbəbindən ağır xəsarət alıb.

Hadisə Pionerskaya küçəsində, idman məktəbinin yaxınlığında yerləşən uşaq meydançasında baş verib.

Uşaq kikboksinq məşqinə gedərkən yerə düşmüş pul görüb. O, pulu götürmək üçün əyildiyi anda predmet partlayıb. Nəticədə uşağın barmaqları qopub və o, təcili xəstəxanaya çatdırılıb.

Uşağın bir barmağı xilas edilib, onun yalnız sağ əlindəki çeçələ barmağı qalıb.

Qalan barmaqları amputasiya etmək lazım gəlib – sümüklər və toxumalar parçalanmışdı və bərpa edilə bilməyib.

Oğlan altı saatlıq əməliyyatdan sonra özünə gəlib, amma vəziyyəti hələ də ağırdır. Anası onun yanındadır.

Hadisənin təfərrüatları araşdırılır. Valideynlərə çağırış edilib ki, uşaqlar şübhəli əşyalara toxunmasınlar.

Xuraman Etibarlı

İnterpress.az