Ağ Ev İsrail-HƏMAS razılaşmasının təhlükədə olduğunu bildirir – “Politico”backend

Ağ Ev İsrail-HƏMAS razılaşmasının təhlükədə olduğunu bildirir – “Politico”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Tramp vasitəçiliyi ilə əldə olunan İsrail–HƏMAS razılaşmasının uğursuz ola biləcəyindən narahatdır

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin Tramp administrasiyasındakı mənbələrə istinadən yazdığına görə, Ağ Evdə İsrail və HƏMAS arasında əldə edilən razılaşmanın icrasına dair şübhələr artır.

Səbəb atəşkəsdən sonrakı mərhələnin – Qəzza sektorunun bərpasının necə həyata keçiriləcəyinə dair konkret planın olmamasıdır.

Məlumata görə, razılaşmanın ikinci fazası ilə bağlı qeyri-müəyyənlik tərəflərin gələcək addımlarını çətinləşdirir.

“Atəşkəsdən sonra hamı uğuru qeyd etdi. Amma əsl, həqiqətən çətin iş hələ qabaqdadır”, – ABŞ rəsmilərindən biri nəşrə bildirib.

Ağ Ev rəsmi olaraq prosesin davam etdiyini bildirir, lakin sonrakı mərhələdə koordinasiya ilə bağlı risklərin artdığı qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.az