Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
İnterpress.az xəbər verir ki, bu gün Azərbaycan idmançıları 3 növdə çıxış edəcəklər.
Ölkə təmsilçiləri stolüstü tennis, voleybol və muaytayda mübarizə aparacaqlar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 34 mükafatla (5 qızıl, 11 gümüş, 18 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.






