Britaniya Putinlə təmas qurmağa cəhd edib, amma alınmayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ilin əvvəlində Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakova zəng edərək Londonun və Avropa ölkələrinin mövqeyini Moskva tərəfinə düzgün çatdırmağa çalışıb.
Mənbə bildirib ki, telefon danışığı uğursuz keçib və davamı olmayıb.
Jurnalın yazdıqlarına əsasən, bəzi müttəfiqlər bu təşəbbüsün sanksiya təzyiqi artırılmadan əvvəl edildiyini düşünərək onu vaxtsız hesab edib. Digərləri isə Britaniya tərəfinin bu addımının, hazırda sülh danışıqlarına fokuslanan Ağ Evi qəzəbləndirəcəyindən narahat olub.
Rusiya tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Xuraman Etibarlı
İnterpress.az






