Ərdoğan: Türkiyə, Azərbaycan və Gürcüstan qəhrəmanlarımız üçün səfərbər olubbackend

Ərdoğan: Türkiyə, Azərbaycan və Gürcüstan qəhrəmanlarımız üçün səfərbər olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti və XİN başçısı Gürcüstan hökumətinə təşəkkür edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Hakan Fidan Gürcüstan hökumətinə hərbi təyyarənin qəzaya uğramasından sonra həyata keçirilən axtarış-xilasetmə əməliyyatında göstərdiyi yardıma görə təşəkkür edib.

Hadisə yerində 19 nəfərin cəsədi tapılıb, daha bir nəfərin axtarışları davam edir.

Ərdoğan bildirib ki, bu faciə türk xalqı ilə yanaşı, azərbaycanlı qardaşları və gürcü dostları da dərindən kədərləndirib:

“Biz bu faciəli hadisəni ən incə detallarına qədər araşdıracağıq. Gürcüstan hökuməti prosesə ən yüksək səviyyədə dəstək verir.

Türkiyə Respublikası, eləcə də Gürcüstan və Azərbaycan qəhrəmanlarımız üçün bütün resurslarını səfərbər edib.

Biz hadisənin bütün aspektlərinin tam araşdırılmasını təmin edəcəyik.”

Xuraman Etibarlı

İnterpress.az