Bu barədə Moskvada Dövlətlərarası Aviasiya Komitəsində keçirilən brifinqdə bildirilib.
Rusiya Silahlı Qüvvələri Uçuş Təhlükəsizliyi xidmətinin informasiya-analitik şöbəsinin rəisi polkovnik Andrey Semyonov Türkiyəyə məxsus F-16-dan atılan raketin Su-24-ün \”qara qutu\”sunun yerləşdiyi hissəyə dəydiyini bildirib: \”Qara qutu\” Su-24-ün quyruq hissəsində yerləşir. Ona görə də raket zərbəsi nəticəsində \”qara qutu\”nun mikrosxemləri zədələnib\”.
Mütəxəssislər müəyyən ediblər ki, 8 mixrosxemdən üçü tamamilə sıradan çıxıb. Bu səbəbdən də \”qara qutu\”nun oxunması baş tutmaya bilər. \”Qara qutu\”nun rentgenoskopiyası bundan sonra laboratoriyada aparılacaq.
Qeyd edək ki, bu gün jurnalistlər qarşısında Su-24 təyyarəsinin \”qara qutu\”sunun tədqiqatı prosesinə başlanılıb. Rusiya xarici ölkələrdən müşahidəçi göndərməyi xahiş etsə də, 14 ölkədən yalnız Çinlə Böyük Britaniya razılıq verib.
Interpress.az