Ukrayna: “Rusiya ilə sülh indi mümkünsüzdür!”backend

Ukrayna: “Rusiya ilə sülh indi mümkünsüzdür!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə sülh müqaviləsi o zaman mümkündür ki, Ukraynanın ərazi bütövlüyü bərpa olunsun və Rusiya qaçılmaz məğlubiyyətə uğrasın.

İnterpress.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi müşaviri Mixail Podolyak deyib.

“İndiki şəraitdə sülh müqaviləsi qeyri-mümkündür. Bu gün müharibənin dayandırılması o deməkdir ki, biz xalqımızı Ukraynaya qaytarmaqdan imtina edirik. Heç kim Xarkov, Zaporojye, Dnepr, Krivoy Roqa getməyəcək. Çünki Ukrayna vətəndaşı anlayır ki, savaş hər an yenidən başlaya bilər”, – o söyləyib.

M.Podolyak əlavə edib ki, Ukrayna danışıqlara yalnız gücləndirilmiş mövqedən girəcək.